Mitinq keçirilən istiqamətə avtobusların hərəkəti dayandırılıb - Fotolar

mitinq-kecirilen-istiqamete-avtobuslarin-hereketi-dayandirilib-fotolar-
Oxunma sayı: 668

Artıq insanlar mitinqin keçiriləcəyi meydana toplaşmaqdadır. Azadliq.az xəbər verir ki, artıq meydana bir neçə yüz nəfər toplaşıb. Hazırda meydanda tribuna qurulur, şüarlar asılır.
Polislər də ərazidə səfərbər olunub. Meydanın yaxınlığında polis maşınları və avtobuslar var.

Polis əməkdaşları aksiya iştirakçılarını metal detektorlarla yoxlayıb meydana buraxırlar.

***

“Sahil” metrostansiyasından Bayıl istiqamətində işləyən marşrutlara göstəriş verilib ki, onlar mitinq başa çatana kimi işləməsinlər”. Müsavat Partiyası başqanı müavini Gülağa Aslanlı belə deyir.
Amma polis deyir ki, sürücülərə belə göstəriş verilməyib.

AzadlıqRadiosunun əməkdaşı da xəbər verir ki, saat 15.20-dən sonra aksiyanın keçiriləcəyi əraziyə gələn avtobusların hərəkəti tamamilə dayanıb.

Qafqazinfonun əməkdaşı xəbər verir ki,hazırda çoxlu sayda insan Sahil metrostansiyasının qarşısında avtobus gözləyir. Amma 1 saatdan artıqdır ki, 20-ci sahə istiqamətinə avtobus yoxdur.

Sədan