Mitinq təyin olundu

mitinq-teyin-olundu
Oxunma sayı: 661

Bu barədə Teleqraf.az-a Kür daşqınlarından ziyan çəkmiş rayon sakinləri məlumat verib. Etiraz aksiyasına səbəb daşqınlardan ziyan çəkmiş insanlara verilən konpensasiyaların az alması, yeni evlərin tikintisinin hələ də başa çatdırılmaması və rayondakı sosial problemlərin armasıdır.

Xatırlada ki, ötən ilin fevralın ayında Sabirabadda keçirilmiş mitinqlərdən sonra prezident İlham Əliyeb “Kür qaçqınları”na əlavə olaraq 1 milyon 200 min manat ayrılması barədə sərəncam verdi. Mayın 5-də isə özü Sabirabad rayonu Qasımbəyli, Əsgərbəyli və Axtaçı kəndlərinə səfər edərək daşqınlardan ziyan çəkmiş insanların durumu ilə maraqlandı, yeni evlərin tikintisinin sürətləndirilməsi barədə göstəriş verdi.

Lakin bu vaxta qədər evlərin tikintisi hələ də başa çatdırılmayıb. İnsanlar şaxtalı günlərdə dözülməz şəraitlə üz-üzə qalıblar.
Qeyd edək ki, fevralın 24-də etiraz aksiyasının təyin olunmasından xəbər tutan Sabirabad rayon İcra Hakimiyyətinin rəsmiləri aksiyanın qarşısını almaq məqsədilə müxtəlif təzyiq metodlarına əl atıblar. Lakin buna baxmayaraq mitinqin keçiriləcəyi bildirilir. Aksiyada Saatlı sakinlərinin də iştirak edəcəyi gözlənilir.