Mitinqdə dava düşdü- Fotolar

mitinqde-dava-dusdu-fotolar
Oxunma sayı: 669

16.30

Mitinqin çıxışlar hissəsi bitdi. Qətnamə oxundu.

Mitinq konsert proqramı ilə davam edir.

***

15.42

Mitinq keçirilən ərazidə – 20-ci sahədə işıqlar söndürüldü.

Buna görə də səsgücləndiricilərdən istifadə etmək mümkün deyil. Buna etiraz olaraq gənclər «İstefa» şüarını səsləndirməyə başladılar.
Çıxışlarını davam etdirməık üçün generatordan istifadə etməli olublar.


***
15:20

Müxtəlif siyasi təşkilatlarda birləşən fəal gənclərin bu gün saat 15-də Bibiheybət qəsəbəsindəki sürücülük məkətbinin meydançasına təyin etdikləri aksiyası yürüşlə başlayıb.

Hadisə yerində olan əməkdaşlarımızın verdiyi xəbərə görə, əlverişsiz hava şəraitinə baxmayaraq, yüzlərlə gənc aksiyanın keçiriləcəyi məkana doğru irəliləyiblər.
Əməkdaşlarımızın verdiyi xəbərə görə, mitinqdə yalnız gənclər deyil, yaşlı insanlar da iştirak edir. Bayıl qəsəbəsinin sakinləri də aksiyaya qoşulub. Hətta bayraqdar Elman Türkoğlu da öz bayraq dəsti ilə aksiyaya meydanına gəlib və mitinq iştirakçıları tərəfindən coşqu ilə qarşılanıb.

musavat.com


***

“Mitinqə iki mindən çox gəncin gələcəyinə əminik”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında VHP-nin Gənclər Təşkilatının sədri Samir Əsədli deyib. O, bildirib ki, mitinqə hazırlıq işləri tamamlanıb və havanın pis olmasına baxmayaraq gənclərin əhvalı yüksəkdir.
Qeyd edək ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) təşəbbüsü ilə bu gün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançasında mitinq keçiriləcək.

Səidə
Fotolar musavat.com-dur