“Mitinqdə fiziki zor tətbiq ediblər” - Açıqlama

mitinqde-fiziki-zor-tetbiq-edibler-aciqlama
Oxunma sayı: 679

“Qafqazinfo”nun məlumatına görə, vçıqlamada bildirilir ki, SAMA martın 17-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin Bakının Səbayel rayonunun, 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirdikləri icazəli mitinqin monitorinqini aparıb.

SAMA Bakı Şəhər İcra Hakimiyyətinin qeyd olunan yerdə gənclərin mitinq keçirilməsinə icazə verildiyini təqdir edir, ümid edir ki, müvafiq icra hakimiyyəti orqanları bundan sonra da sərbəst toplaşmaqla bağlı məsələlərdə demokratik prinsiplərə uyğun addım ataraq vətəndaşların sərbəst toplaşmaları üçün əlverişli yerlər ayıracaq.

Mitinq iki hissədən ibarət olub, çıxışlardan sonra konsert hissəsi başlayıb. Mitinqdə “Qarabağa azadlıq!”, “Bizə “Eurovision” yox, Qarabağ lazımdır!”, “Siyasi məhbuslara azadlıq!”, “Azad gənclik”, “Rüşvətsiz təhsil” və başqa şüarlar səsləndirilib. Çıxışlar zamanı bir sıra xoşagəlməz hallar müşahidə edilib. Belə ki, polislər mitinqin təşkilatçılarını mitinqdə razılaşdırılmış şüardan kənara çıxılmamaq haqda şifahi xəbərdarlıq edib. Mitinq başlayandan təxminən 30-40 dəqiqə sonra isə tribunaya verilən elektrik enerjisi naməlum səbəbdən kəsilib. Problemin aradan qaldırılması üçün mitinq təşkilatçıları özləri ilə gərirdikləri generatorudan isifadə ediblər.

Mitinqin konsert hissəsində isə repçilər Camal Əli və Natiq Kamilov səhnəyə qalxaraq siyasi məzmunlu mahnılar ifa ediblər. Bundan sonra insident yaranıb və mülki geyimli şəxslər, eləcədə polislər səhnəyə hücum edərək musiqi ifaçılarına qarşı fiziki zor tətbiq ediblər, musiqiçilərlə yanaşı Nida Gənclər Təşkilatının üzvü Etibar Salmanlı da saxlanılıb. Saxlanma zamanı polis əməkdaşları onlara zorakılıq edib. Polisin və mülki geyimlilərin bu hərəkətindən sonra təxminən mitinq yekunlaşmasına 40 dəqiqə qalmış mitinq bağlı elan olunub.

SAMA mitinq keçirilən ərazinin şəhərin mərkəzindən kənarda olmasını, ora ictimai nəqliyyatın getməməsini və əraziyə gedən yolun yararsız olmasını sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir.

SAMA bəyan edir ki, mitinq keçirilən əraziyə verilən elektrik enerjisinin kəsilməsi aksiyadakı çıxışlarla bağlı ola bilər və hakimiyyət növbəti mitinqlərdə belə məsələlərin təkrar edilməməsinə çalışmalıdır.

SAMA təəssüflə bildirir ki, polis musiqiçilərin işlətdiyi ifadələrin qanunsuz olduğunu hesab etdikləri halda zor tətbiq etməməli və onlarla profilaktik söhbət aparmalı, saxlanılan zaman onlara öz hüquqlarını izah edilməli idi.