“Möhtəşəm yüzil”də qan su yerinə axacaq

mohtesem-yuzilde-qan-su-yerine-axacaq-
Oxunma sayı: 644

“Qafqazinfo”nun “Milliyet” qəzetinə istinadən xəbərinə görə, Okay serialın ən önəmli xarakterlərindən olan İbrahim Paşanın geniş şəkildə mübahisələrə səbəb olduğu məsələdən danışıb. “Mən mənbələri oxuyub, işləyəndə İbrahim Paşanın Xədicə ilə evli olduğunu bilirdim. Hər kəs də elə bilir, əslində”, - deyə Okay bildirib.
Meral Okay serialın ssenarisinin tarixi gerçəkliklə uyğun gəlmədiyi barədə tənqidlərə cavab verərkən deyib ki, bundan tarix öyrənilə bilməz, bu serialda tarix yaşanır.

Okay gələn mövsümda serialda qanlı bir hekayə olacağını söyləyib: “Baxaq görək, o zaman nə deyəcəklər”.

Ssenari müəllifi qanlı hadisələrin Sultan Süleymanın oğlu olan ögey qardaşların taxta çıxmaq uğrunda mübarizəsi zamanı baş verəcəyini deyib.