“Möhtəşəm yüzil”də qəza

mohtesem-yuzilde-qeza
Oxunma sayı: 640

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ədirnədə çəkilişləri davam edən serialın müharibə səhnəsində atdan düşən İbrahim Paşa rolundakı Okan Yalabık təcili xəstəxanaya qaldırılıb.
Osmanlı sultanı Qanuni Süleymanın hakimiyyət illərindən bəhs edən serialın Ədirnədəki çəkilişlərində döyüş səhnəsində atdan yıxılan aktyorun bel sümüyündə sınıq olduğu bildirilir. Aktyor çəkiliş meydançasından təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırlıb. Okan Yalabıkın müalicəsi davam edir.