“Möhtəşəm yüzil”ə möhtəşəm iddia

mohtesem-yuzile-mohtesem-iddia
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Hürriyet” qəzeti yayıb. Serialın yaradıcı heyəti tarixi yerlərə ziyan vurmaqda günahlandırılırlar.

Qəzetin xəbərinə görə, serialın yaradıcı heyəti bəzi bölümlərdə məkan olaraq istifadə etdikləri dünyanın ən məşhur tarixi yelərindən sayılan Yarımburqaz mağarasında icazəsiz çəkiliş apardıqları, arxeoloji əsərə zərər vermək və ərazini zədələməkdə günahlandırlır.

Serialın bölümlərindən birində mağaranın içində ocaq yandırılıb, başqa bir seriyada isə İbrahim Paşanın yaralarının sağalması üçün mağarada hovuz qazılıb, tarixi məkana ziyan vurulduğu iddia edilir.