“Möhtşəm yüzil” Fətullah Güləni qəzəbləndirdi

mohtsem-yuzil-fetullah-guleni-qezeblendirdi
Oxunma sayı: 672

“Qafqaznfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Fətullah Gülən deyib ki, Osmanlı padşahı Qanuni Sultan Süleyman 46 illik səltənətində yalnız 1.5 il sarayda qalıb. Bu serialı çəkənləri sərt şəkildə tənqid edən Fətullah Gülən onları “həyasızlar, hörmətsizlər, tərbiyəsiz adamlar” adlandırıb.

Fəthullah Gülənin serialı sərt şəkildə tənqid etməsinə səbəb filmin başladığı gündən bu yana tarixi ziddiyyətlərdən ibarət çəkildiyi xəbər verilir.

Fətullah Gülənin videoçıxışını herkul.org saytı yayımlayıb. ABŞ-da yaşayan dini lider Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə həyatının böyük qisminin döyüşlərdə keçdiyini və cəbhədə həlak olduğunu xatırladıb.