Moldovada müsəlman səfir qalmaqalı

moldovada-muselman-sefir-qalmaqali-
Oxunma sayı: 644

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, “Moldovanın vətənpərvərləri” siyasi partiyası Moskva və bütün Rusiyanın patriarxı Kirilə müraciət edərək, onu bu addıma mane olmağa çağırıblar.

Qeyd edək ki, son vaxtlar ölkə mətbuatında Rusiyanın bu ölkəyə səfir postuna müsəlman olan Fərid Muxametşinin təyin ediləcəyi ilə bağlı xəbərlər yer alıb. Məktubda qeyd edilir ki, qeyri dindən olan Muxametşinin bu vəzifəyə gətirilməsi Moldova sakinləri tərəfindən mənfi qarşılanıb. Bunun ölkədə ictimai narazılıqlar və etirazlara, həmçinin Rusiya-Moldova münasibətlərinə də dağıdıcı təsir göstərəcəyi deyilir.

Məktubda Moldovanın tarixən əsl pravoslav ölkə olduğu və Moldova xalqının müsəlman Türkiyəsinin pravoslav dünyasına çəkdirdiyi üç yüz illlik zülmü unutmadıqlarını vurğulayıb.

Səidə