Monika Belluçinin “ata”sı narkotik alverçisi çıxdı

monika-bellucinin-atasi-narkotik-alvercisi-cixdi
Oxunma sayı: 1458

Narkotiklə mübarizə şöbəsinin işçiləri iyunun 23-də keçirdikləri əməliyyat nəticəsində kilim və xalça satan dükanda saxlanılan şəxslər arasında filmin baş rol ifaçısının çıxması hər kəsi təəccübləndirib. Əməliyyat nəticəsində məlum olub ki, narkotik şəbəkəsinin əsl məqsədi narkotik maddələri Norveçə aparmaq olub. Lakin pul məsələsində problem yarandığından bu fikirdən daşınıblar. İran əsilli aktyor Əmir KSH Türkiyə vətəndaşlığına keçib və İstanbulda yaşayırmış. Aktyor sonuncu dəfə Monika Belluçi və Beren Saatın də rol aldığı “Gərgədanın son şeiri” adlı filmdə baş rolda Monika Belluçinin atasının rolunda oynayıb.

Nərgiz Ehlamqızı