Moskvada azərbaycanlı idmançıdan nokaut - Foto

moskvada-azerbaycanli-idmancidan-nokaut-foto
Oxunma sayı: 697

“Qafqazinfo”nun verdiyi məlumata görə, reytinq döyüşlərində Azərbaycanı iki idmançı təmsil edib.

"Miks Fayt" Qarışıq Döyüş Liqasının prezidenti Kənan Məmmədov bildirib ki, ölkəmizin idman şərəfini 77 kq çəki dərəcəsində İlqar Şəripov, 84 kq-da Ruslan Nəcəfəliyev qoruyub. İdmançılarımızdan İlqar Şəripov məğlubiyyət acısı yaşayıb. Ruslan Nəcəfəliyev isə rəqibə nokautla qalib gəlib. Bununla Ruslan ən güclü 30 idmançı sırasına daxil olaraq realiti-şouda mübarizəni davam etdirmək imkanı qazanıb.

Ceyhun Əhmədov