Moskvada azərbaycanlı qəddarcasına qətlə yetirildi

moskvada-azerbaycanli-qeddarcasina-qetle-yetirildi
Oxunma sayı: 669

Milli.Az xəbər verir ki, ötən gecə təxminən saat 01:00 radələrində soydaşımız Mətin Mehdiyev yaşadığı evin qarşısında qəddarcasına qətlə yetirilib. Moskvanın “Belorrusskiy” metrosu yaxınlığında 2-ci Brestskaya küçəsində yaşayan soydaşımız gecə evdən çörək almaga cıxarkən qatil bıçağına tuş gəlib.

Moskva İslam Mədəni Mərkəzində beynəlxalq şöbənin rəhbəri olan Mətin Mehdiyevin hansı məqsədlə qətlə yetirilməsi haqqında isə Rusiya hüquq mühafizə orqanları hələlik bir şey söyləmirlər.

Xatırladaq ki, təxminən 30 yaşlarında olan soydaşımız ötən il ailə qurub, bir övladı var.