Moskvanın mərkəzində azərbaycanlı biznesmen güllələndi

moskvanin-merkezinde-azerbaycanli-biznesmen-gullelendi-
Oxunma sayı: 679

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, polis öldürülən biznesmenin “Meqa kolor” şirkətinin baş direktoru, 1959-cu ildə anadan olan İlqar Əliyev olduğunu müəyyənləşdirib.

Şahid ifadələrinə əsasən İlqar Əliyev avtomobilini işıqforda saxlayarkən “Cip” markalı bir minik avtomobilindən qara paltarda və qara papaq qoymuş bir kişi düşərək ona yaxınlaşıb və başına atəş açıb. Biznesmenin yerindəcə keçinib. Şahidlər onun qafqazlıya bənzədiyini bildiriblər. Biznesmenin yanında olan qız isə ağır vəziyyətlə xəstəxanaya yerləşdirilib. 1986-cı il təvəllüdlü qızın başına atəş açılsa da, o, sağ qalıb.

Polis cinayətin sifariş xarakterli olduğunu ehtimal edir. Hazırda hadisə yerində təhqiqat qrupu işləyir.