“Mossad” Azərbaycanda qəzet açır?

mossad-azerbaycanda-qezet-acir
Oxunma sayı: 864

Redaksiyamıza çatan məlumata görə, yaxın vaxtlarda Azərbaycan mediasına yeni bir qəzet qoşulacaq. “Qafqazinfo”ya daxil olan məlumata görə, kəskin anti-İran və anti islam mövqeyi tutacaq bu media quruluşunun özəlliyi bunda olacaq ki, onun maliyyəsi yəhudi dövlətindən, həm də gizli şəkildə gələcək. Bizə məlumatı verən mənbə iddia edir ki, bu layihənin arxasında İsrailin kəşfiyyat orqanı olan MOSSAD dayanır. Layihənin məqsədi İrana qarşı yeni bir media quruluşu yaratmaqla yanaşı, ölkənin əsas müxalifət qəzetlərindən birini də çökdürməkdir. Belə ki, yeni qəzetin əsas heyəti müxalifət qəzetlərindən birinin kollektivi əsasında formalaşdırılır: “Sözün həqiqi mənasında klassik bir “verbovka” işi gedib. Jurnalistləri heç nədən çəkinmədən əla alırlar. Onlara çox yüksək maaş və perspektivlər vəd olunub. Prosesdə İsrail səfirliyi də yaxından iştirak edir. Hətta kollektivin təmsilçisinin səfirlikdə iki dəfə görüşü də olub. Gələn həftə də ilk maliyyə tranşı ilə bağlı bir görüş olmalıdır. Artıq İsrailin Xarici işlər nazirliyində bir sıra məmurlar da layihə üzrə Bakıya zənglər ediblər. Gələn həftə tanınmış qəzetlərin birindən toplu istefalar olsa, bilinməlidir ki, MOSSAD Azərbaycanda media işinə başlayıb”.

Bu məsələ ilə bağlı fikirlərini soruğduğumuz müxalifət qəzetlərinin redaktorları isə belə bir prosesin getməsi barədə xəbərsiz olduqlarını, əslində isə onun çox da inandırıcı olmadığını bildirdilər. Redaktorlardan biri hətta adının belə qeyri-ciddi xəbərdə hallanmaması şərti ilə bunları dedi : “Müxalifət qəzetlərində adətən vətənsevər uşaqlar işləyirlər. İnanmıram ki, onlar faktiki olaraq vətənə xəyanət əməli hesab olunan bu cür layihələrdə yer alsınlar”.

Bizim mənbə isə məlumatın səhihliyində israrlıdır. Onun iddiasına görə, prosesdən Azərbaycanın hüquq-mühafizə orqanlarının da xəbəri var: “Bəlkə də bu, ortaq qurulmuş bir oyundur. Həmin müxbirləri İsrailin xeyrinə casusluq ittihamı ilə tutub, sonra da bütün müxalifəti və onların işlədiyi qəzetləri günahlandıracaqlar. VAXT gözləmir, proses artıq ciddi bir mərhələyə qədər gedib ”.

Mövzuya dair İsrail səfirliyinin də mövqeyini verməyə hazırıq.