Motosiklet yük maşını ilə toqquşdu, ölən var

motosiklet-yuk-masini-ile-toqqusdu-olen-var
Oxunma sayı: 783

Daxili İşlər Nazirliyinin mətbuat xidmət xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yol qəzası noyabrın 18-də saat 15:55 radələrində rayonun Aşağı Qaramanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Vəliəhd Quliyevin idarə etdiyi motosikletlə Lənkəran rayon sakini İbrahim İbrahimovun idarə etdiyi "İsuzu" markalı yük avtomaşını toqquşub. Nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb. Xəsarət almış sərnişini Şamil Əzizov isə xəstəxanaya yerləşdirilib.