Motosikletlə möhtəşəm şou Azərbaycanda!

motosikletle-mohtesem-sou-azerbaycanda-
Oxunma sayı: 661

“Bakcell”in sponsorluğu ilə bu gün təşkil olunacaq şouda Kris Fayfer motosikletin yalnız bir nəqliyyat vasitəsi olmadığını nümayiş etdirəcək. “Bakcell”dən “Qafqazinfo”ya verilən məlumata görə, möhtəşəm şou bu gün axşam, saat 19.00-da Səməd Vurğun adına parkda baş tutacaq.
K. Fayer Azərbaycanda ilk dəfə canlı olaraq motosikletlə qeyri-adi manevrlər nümayiş etdirəcək. Fayferin arsenalında 33 nəfər üzərindən rampasız sıçrayış, 30 saniyə ərzində arxa təkərdə 15 dəfə fırlanma və daha nələr var. Üç övlad atası risk etməkdən qorxmur və hər il ürəkləri dayandıran yeni rekordlar vurmağa hazırdır.

Nigar Məmmədli