“MSK hüquq pozuntusuna yol verib”- Müsahibə

msk-huquq-pozuntusuna-yol-verib-musahibe
Oxunma sayı: 656

Məhkəmnin gedişi ilə bağlı iddiaçı Akif Qurbanovun vəkili Xalid Bağırov “Qafqazinfo”nun suallarını cavablandırdı.


- Məhkəmə prosesi necə keçir?

- Proses Ali Məhkəmənin qərarından sonra yenidən 2 saylı Bakı İnzhibati İqtisad Məhkəməsində davam etdirildi. Məhkəmə iddiaçı Akif Qurbanovun və MSK-nı təmsil edən Ramiz İbrahimovun izahatları ilə başlandı. Tərəflər baş verən hadisələr barədə mövqelərinə ortaya qoydular.


-Hansı vəsatətlət qaldırıldı?

-Vəsatət verərək, MSK üzvü Mikayıl Rəhimovun və Ümid Partiyasının üçüncü şəxs qismində işə cəlb olunmasını, VHP-nin nümayəndəsinin şahid qismində dindirilməsini tələb etdik.

Vəsatəti onunla əsaslandırdıq ki, onlar tərəfindin MSK-nın DSK üzvlərini təsdiq edən qərarı ləğvi tələbi qoyulsa da, əsl mübahisə isə MSK-da Milli Məclisdə azlıqda olan partiyaları təmsil edən üzvlər arasında əldə olunmuş qanuna və hüquq prinsiplərinə zidd razılaşmanı mübahisələndirilməsidir. Bu da öz növbəsində M.Rəhimovun hərəkətləri bağlı olan mübahisədir, bu səbəbdən məhkəməyə M.Rəhimov cəlb olunmalıdır.Bundan əlavə DSK-dakı yerlərin ədalətsiz bölgüsü nəticəsində Ümid Partiyasının mənafeyi pozulub. Bu səbəbdən həmin partiyada mübahisəyə maraqlı şəxs kimi cəlb olunmalıdır. Vəsatətlərin müzakirəsi növbəti iclasa saxlanıldı.


- MSK-nın haqsız olduğunu göstərən başqa faktlar ortaya çıxdımı?

- Məhkəmənin gedişində məlum oldu ki, MSK yuxarıda qeyd olunan qərarları qəbul edilərkən bir sıra hüquq pozuntusuna yol verib. Belə ki, qanunda DSK-nın azlıqda olan nümayəndələrini MSK-nın Milli Məclisdə azlıqda olan partiyalarının təmsil edən üzvləri təqdim etməlidirlər. Bu seçki Məcəlləsinin 30.2-ci maddəsinin tələbidir. Lakin həmin DSK üzvlərini MSK-nın iclasına bir nəfər M.Rəhimov təqdim edib. M.Rəhimov bu siyahını təqdim edərkən bir hissəsini Akif Qurbanovla razılaşdırsa da, Naxçıvan MR-da yerləşən DSK-lara aid hissəsini razılaşdırmamışdır. Bildirmişdir həmin DSK -lar nümayəndələri A.Qurbanov gec təqdim edib. Akif Qurbanov bütün dairələr üzrə nümayəndələri eyni vaxtda təqdim edib.
MSK- tərəfindən yol verilən digər pozuntu isə M.Rəhimov tərəfindən DSK-lara onların nümayəndələri təqdim edildikdən sonra, Naxçıvan DSK-ları ilə bağlı problemin olduğunu, Akif Qurbanovun etiraz etdiyini bildiyi halda, bütün dairələri eyni vaxtda səsverməyə çıxarmasıdır. Bunu etməməli idi. Mübahisəli dairələr məsələsi ayrıca müzakirə edilib, qərar qəbul edilməli idi.

Qeyd edək ki, məhkəmə prosesində növbəti iclas aprelin 20-də 2 saylı İnzibati – İqtisad məhkəməsində davam edəcək.