MSK-nın keçmiş üzvü İcra Aparatının rəhbəri oldu

msk-nin-kecmis-uzvu-icra-aparatinin-rehberi-oldu-
Oxunma sayı: 662

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia təşkilatın Nizamnaməsini əsas tutaraq, Tahir Hacıyevin DAK-ın Rusiya Federasiyası üzrə nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıblar.

Bundan əlavə, DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia təşkilatın Nizamnaməsini əsas tutaraq, konqresin işini gücləndirmək məqsədi ilə DAK-ın İcra Aparatının təşkil edilməsi və Oqtay Ağaəli oğlu Hümbətlinin həmin qurumun rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıblar.

Qeyd edək ki, Oqtay Hümbətli Azərbaycan Texniki Universitetinin müəllimidir. Uzun müddət Mərkəzi Seçki Komissiyasında (MSK) üzvü işləyib. Bu ilin fevralından DAK-a üzv qəbul olunub.