“BMT adından Azərbaycan hökumətinə təşəkkür edirəm”

bmt-adindan-azerbaycan-hokumetine-tesekkur-edirem
Oxunma sayı: 649

“Azərbaycanda olduğuma görə çox şadam. Qonaqpərvərliyinə və bizə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbaycan xalqına təşəkkür edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zenmin deyib. 

O, bildirib ki, belə forumlar vasitəsilə dünyaya sosial xidmətlər yayılır: 

“Biz dövlət xidmətləri üzrə mükafatlar verməklə bu cür layihələri digər ölkələrə də yayırıq. Sosial xidmətlərə dair Azərbaycanda yaxşı nümunələr var. Bunlardan biri “ASAN xidmət”dir. “ASAN xidmət” təcrübəsi digər ölkələrə də yayılmalıdır. Hökumət “ASAN xidmət” vasitəsilə insanlara daha da yaxın olub. Hökumət bu layihə vasitəsilə insanlara xidmət təqdim edir. BMT adından Azərbaycan hökumətinə təşəkkür edirəm. Bundan sonra da Azərbaycanla əməkdaşlıq edəcəyimizə ümid edirəm”.

Günel Türksoy