BMT Baş Assambleyası Fələstinlə bağlı qətnamə qəbul etdi

bmt-bas-assambleyasi-felestinle-bagli-qetname-qebul-etdi
Oxunma sayı: 1463

BMT Baş Assambleyası İsrailin Qəzza Zolağında hərəkətlərini qınayan qətnamə qəbul edib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, sənədin lehinə 120, əleyhinə 8 ölkə səs verib. 45 ölkə isə bitərəf qalıb. Ərəb ölkələri tərəfindən hazırlanan qətnamə İsraili Fələstinin dinc əhalisinə qarşı "həddindən artıq, qeyri-mütənasib və qərəzsiz" gücdən istifadədən çəkinməyə çağırır.

Bundan başqa, Baş Assambleya tərəfləri regionda sülhə səsləyib.