BMT bu ölkənin sanksiyalarını ləğv etdi

bmt-bu-olkenin-sanksiyalarini-legv-etdi
Oxunma sayı: 1358

BMT Təhlükəsizlik Şurası Eritreyaya tətbiq edilən sanksiyaları ləğv edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyaların ləğvinə səbəb regionda müsbət irəliləyişlər yaşanması, xüsusilə Eritreya və Cibuti arasında ərazi mübahisələrinin həllinə dair sazişin bağlanmasıdır. 

Qeyd edək ki, Eritreyaya qarşı sanksiyalar 2009-cu ildən tətbiq olunur. 2013-cü ildən iqtisadi sanksiyalarla yanaşı ölkəyə silah embarqosu da qoyulub.