BMT-də ilk: Quterreş “hakim”, təmsilçilər “futbolçu” oldu - Fotolar

bmt-de-ilk-quterres-hakim-temsilciler-futbolcu-oldu
Oxunma sayı: 1489

2018-ci ilin futbol üzrə Dünya Çempionatının həyəcanı BMT-də də hiss olunmağa başlayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı Baş Ofisində bir araya gələn Təhlükəsizlik Şurasının üzvləri futbol forması geyiniblər. Təmsilçilər DÇ-nin açılışı şərəfinə Şuraya milli komanda formalarında gediblər. Onların arasında ABŞ-ın daimi təmsilçisi Nikki Heyli, rusiyalı təmsilçi Vasili Nebenziya və fransız təmsilçi Fransua Delatr da olub. BMT-nin baş katimi Antonio Quterreş isə hakim forması geyinib. 

Qeyd edək ki, DÇ-2018 Rusiyada keçirilir.