BMT-dən dəhşətli statistika - 271 milyon insan...

bmt-den-dehsetli-statistika
Oxunma sayı: 1314

2017-ci ildə bütün dünya üzrə 271 milyon insan narkotikdən istifadə edib. “Qafqazinfo” xəbər verir ki, bu haqda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) iyunun 26-da təqdim etdiyi məruzəsində bildirilib.

Burada söhbət kannabis, kokain və tiryək, eləcə də müxtəlif sintetik narkotik vasitələrdən istifadə edən insanlardan gedir.

Məruzəyə əsasən, 2017-ci il ərzində tibbi yardıma ehtiyacı olan narkotikdən asılı insanların sayı 30 milyondan 35 milyonadək artıb. Bu müddət ərzində yarım milyondan çox ölüm faktı qeydə alınıb.