BMT-dən İsrailə ağır zərbə

bmt-den-israile-agir-zerbe
Oxunma sayı: 3696

BMT İnsan Haqları Təşkilatı İsraili qınayan qərar qəbul edib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, təşkilatın Cenevrə ofisində davam edən müzakirələrin sonuncu günündə Bəhreyn, Boliviya, Kuba, Pakistan, Venesuela, Seneqal, Zimbabve və Fələstinin İsrailin əleyhinə hazırladığı sənəd müzakirə edilib.

Daha sonra 47 üzvün iştirakı ilə sənəd səsverməyə çıxarılıb. İsrail əleyhinə qərara 15 üzv bitərəf çıxıb. 8 əleyhinə, 23 səs isə lehinə olub.

Avstraliya, Avstriya, Braziliya, Bolqarıstan, Çexiya, Fici, Macarıstan və Ukrayna qərarın əleyhinə səs verən ölkələr olub. Beləliklə, bundan sonra Fələstinin işğal altındakı Qəzza bölgəsi BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nəzarəti altında olacaq. Təşkilat həmin bölgəyə artıq işçi göndərə biləcək.

İsrailin beynəlxalq hüququ pozduğu hallar sənədləşdiriləcək və Komissarlığın iclaslarında müzakirəyə çıxarılacaq.