BMT-dən İsrailə sanksiya

bmt-den-israile-sanksiya
Oxunma sayı: 1588

Birləşmiş Millətlər Təşkilatı (BMT) işğal altında saxladığı Fələstin torpaqlarında yəhudiləri yerləşdirmək üçün şəhər tikməyə davam edən İsrailə sanksiya tətbiq edib.

“Qafqazinfo” Acilnews-a istinadən xəbər verir ki, İsrail hökumətinin qanunsuz əməlləri barədə hazırlanan 240 maddəlik hesabatda şəhərsalma işlərinin dayandırılmasına göstəriş verilib.

Buna cavab olaraq işğalçı rejimdən bildirilib ki, qərarın dəyərləndirilməsi üçün zamana ehtiyac var. Həmçinin, Fələstinin ölkə ola bilmək üçün lazımi şərtləri qarşılamadığı iddia edilərək qanunsuz əməl haqq qazandırmağa cəhd edilib.

Məsələ ilə bağlı İngiltərə də münasibətini ortaya qoyaraq tikintilərin dayandırılmasını tələb edib.

Almaniya isə fələstinlilərin Qüdsə sərbəst giriş-çıxışına icazə verilməsinə və İsraili fələstinliləri cəzalandırma siyasətindən əl çəkməyə çağırıb.