BMT-dən jurnalist Camal Kaşıkçının itməsiylə bağlı - Açıqlama

bmt-den-jurnalist-camal-kasikcinin-itmesiyle-bagli
Oxunma sayı: 1158

BMT-nin İnsan Haqları Komitəsi İstanbulda yoxa çıxan “The Washington Post” yazarı Camal Kaşıkçı ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, qurum açıqlamasında “Camal Kaşıkçının yoxa çıxması ilə bağlı ciddi narahatlıqlarımız var” sözlərini işlədib.  

BMT jurnalistin aqibətinin bir an əvvəl ortaya çıxması üçün Türkiyə və Səudiyyə Ərəbistanına çağırış edib, təcili araşdırma aparılmasının vacibliyini vurğulayıb. 

Bu arada Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri, şahzadə Xaled ben Salman ben Əbdül Əziz əl Saud Türkiyədə yoxa çıxan jurnalistin öldürülməsi ilə bağlı xəbərləri təkzib edib. 

Şahzadənin sözlərinə görə, konsulluqdan yoxa çıxan Kaşıkçının Səudiyyə hökuməti tərəfindən saxlanılması və ya öldürülməsi tamamilə yalan və əsassız iddiadır.