BMT keçmiş naziri İraqa xüsusi nümayəndə təyin etdi

bmt-kecmis-naziri-iraqa-xususi-numayende-teyin-etdi
Oxunma sayı: 1271

BMT-nin baş katibi Antonio Quterreş Hollandiyanın keçmiş müdafiə naziri Janin Hennis-Plasşerti qurumun İraqdakı missiyasının rəhbəri və xüsusi nümayəndəsi təyin edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Hennis-Plasşert bu postda Slovakiyadan Yan Kubişi əvəzləyəcək. BMT-nin mətbuata açıqlamasında bildirilir ki, Janin Hennis-Plasşertin siyasi və diplomatik fəaliyyət sahəsində çoxillik təcrübəsi var.

O, nazir olarkən Hollandiyanın Mali, Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarda iştirakına uğurla nəzarət edib.