BMT Misirdə etirazçıların ölümünü pislədi

bmt-misirde-etirazcilarin-olumunu-pisledi-
Oxunma sayı: 642

Neyvi Piley toqquşmalarda 30-dan çox insanın ölümü ilə bağlı müstəqil araşdırmanın aparılmasına çağırıb. «Mən Misir rəhbərliyini Təhrir meydanında və ölkənin digər yerlərində etirazçılara qarşı açıqcasına geniş güc tətbiqinə, gözyaşardıcı qazdan, rezin güllələrdən və silahdan istifadəyə son qoymağa çağırıram.»-Neyvi Piley bunu bəyan edib.

Misirin hakim hərbi şurasının əleyhdarları paytaxt Qahirənin Təhrir meydanını hələ də işğal edirlər. Paytaxtda küçə toqquşmalarının 5-gi günündə 3 etirazçının öldüyü, onlarla insanın xəsarət aldığı bildirilir. Misirin dövlət televiziyasının verdiyi məlumata görə, Qahirədən şərqdəki İsmailiyə şəhərində də 3 nəfər toqquşmaların qurbanı olub.

BBC