BMT müşahidəçiləri Suriya paytaxtına gəldi

bmt-musahidecileri-suriya-paytaxtina-geldi-
Oxunma sayı: 651

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, BMT-nin Sülhməramlı Qüvvələrinin nümayəndəsi Kieran Dvyer 6 müşahidəçinin bu gün Dəməşqə çatdığını deyib.

Müşahidçilərin bu gün Suriyada fəaliyyətə başlayacaqları xəbər verilir.

BMT ötən həftə Suriyaya 30 müşahidəçi göndərmək barədə qərar qəbul edib.

Dvyer diğer müşahidəçilərin də yaxın günlərdə Suriyaya gedəcəyi barədə məlumat verib.