BMT-nin baş katibi Əsədi tənqid etdi

bmt-nin-bas-katibi-esedi-tenqid-etdi
Oxunma sayı: 646

Lent.az-ın BBC-yə istinadən məlumatına görə, BMT-nin baş katibi Pan Gi Mun onun çıxışını tənqid edib. Qurumun təmsilçisi Martin Nesirki deyib: “Yanvarın 6-da Bəşar Əsədin etdiyi çıxışdan baş katib məyus olub. Bu çıxış Suriya xalqının əzabını azaltmayacaq və mövcud münaqişənin dayanmasına yardım etməyəcək”.

Onun sözlərinə görə, Əsəd 2012-ci il iyunun 30-da Cenevrədə qəbul edilən anlaşmanın əsas elementlərini inkar edib. Cəmiyyətin bütün təbəqələrini təmsil edən keçid hökumətin qurulması həmin anlaşmanın başlıca prinsipidir.

Ondan əvvəl ABŞ Dövlət Departamenti tənqid edib.