BMT-nin baş katibi İdlib üçün çağırış etdi

bmt-nin-bas-katibi-idlib-ucun-cagiris-etdi
Oxunma sayı: 810

BMT-nin baş katibi Antonio Quterreş Suriyanın İdlib şəhərində irimiqyaslı döyüşlərdən çəkinmək və dəhşətli insan faciəsinin qarşısını almaq üçün çağırış edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş katib xüsusi konfransda deyib. O bildirib ki, İdlib sakinlərinin əksəriyyəti müharibə üzündən artıq qaçqın düşüb:

“İdlib Suriyada sonuncu deeskalasiya zonası sayılır. Ora qanlı qazana çevrilməməlidir”. 

Quterreş İdlibdəki mövcud vəziyyətin də dözülməz olduğunu və orada terrorçuların varlığına icazə verilməyəcəyini sözlərinə əlavə edib.