BMT-nin baş katibi prezidentlərin görüşünü alqışlayıb

bmt-nin-bas-katibi-prezidentlerin-gorusunu-alqislayib
Oxunma sayı: 1198

BMT-nin baş katibi Antoniu Quterriş Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyanın bazar ertəsi Cenevrədə keçirilən görüşün nəticələrini alqışlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

Baş katib tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün bu uğuru inkişaf etdirməyə çağırıb.

“Birinci katib vurğulayır ki, BMT həmsədrlərin (ATƏT-in Minsk qrupu-red) vasitəçilik səylərini dəstəkləyir və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bu sammit nəticəsində yaranmış pozitiv dinamikadan istifadə etməyə çağırır”, -deyə Dyujarrik bəyanatında vurğulayıb.

Qeyd edək ki, ötən gün Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa, Andrü Şofer ABŞ) Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edibklər.