BMT nümayəndələri Azərbaycan parlamentində

bmt-numayendeleri-azerbaycan-parlamentinde
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, Komitənin sədri Səməd Seyidov qonaqlara Azərbaycanın dövlətçilik tarixi, Milli Məclisin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Görüşdə həmçinin komitə üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Qənirə Paşayeva və Ceyhun Osmanlı iştirak edib. Millət vəkilləri qonaqlara Ermənistanın Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal etməsi və bir milyondan çox insanın qaçqın və köçkün həyatı yaşaması ilə bağlı məlumat verib, BMT-nin qətnamələrini xatırladıblar.

Benin dövlətinin BMT yanındakı daimi nümayəndəsi Jan-Fransis Reqis Zinsou Bakıya səfərin əhəmiyyətini yüksək qiymətləndirib və bu cür səfərlər həm ikitərəfli münasibətlərin inkişafı, həm də insanlıq naminə daha çox iş görülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Sonra çıxış edən digər nümayəndələr Bakıya səfərdən məmnun qaldıqlarını bildirdilər, Azərbaycanın regionda və dünyada gedən proseslərdəki iştirakını yüksək qiymətləndiriblər.

Fatimə Kərimli