BMT Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etmədi

BMT Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etmədi
Oxunma sayı: 1129

BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etməyib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Suriyaya qarşı təcavüzə son qoymağa dair çağırışın əks olunduğu qətnamə Rusiya, Çin və Boliviya tərəfindən dəstəklənib.

Səkkiz ölkə sənədin əleyhinə səs verib, dörd dövlət isə bitərəf qalıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenza bildirib ki, Suriyaya hava hücumu həyata keçirən ölkələr beynəlxalq hüququ təhrif edirlər: “ABŞ, İngiltərə və Fransa dünya siyasətinə təhlükə yaratmağa davam edir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi