BMT Suriyada vətəndaş müharibəsi təhlükəsindən narahatdır

bmt-suriyada-vetendas-muharibesi-tehlukesinden-narahatdir
Oxunma sayı: 640

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, bir müddət əvvəl BMT Suriyadakı toqquşmalarda həyatını itirən azyaşlılarla bağlı hesabat hazırlayıb. Qurumun Baş katibinin Sülhün Müdafiəsi Əməliyyatlarından məsul köməkçisi Herv Ladso Suriyada vətəndaş müharibəsinin başlandığını deyib.

Fransız diplomat Bəşşar Əsəd iqtidarının ölkənin böyük hissəsinə nəzarəti itirdiyini deyərək, ölkədə zorakılıq hallarının günbəgün şiddətləndiyini qeyd edib. BMT-nin Suriyada həyatını itirən azyaşlılarla bağlı hazırladığı hesabatda digər toqquşma bölgələrində uşaqların belə zorakılığa məruz qalması hallarına indiyədək rast gəlinmədiyi vurğulanıb.

BMT nümayəndələri dünyanın heç bir münaqişə zonasında azyaşlıların əsir saxlanılaraq, işgəncəyə məruz qalması hallarının müşahidə edilmədiyini, Suriyanın bu məsələdə istisna təşkil etdiyini bildiriblər.