MTN narkobaronları tutdu - 16 nəfər içəridə

<b>MTN narkobaronları tutdu - <font color=red>16 nəfər içəridə</b></font>
Oxunma sayı: 318

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində, eləcə də qanunsuz olaraq odlu silahın, döyüş sursatının saxlanılması və daşımasında təqsirli bilinən 16 nəfər ifşa olunub, ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb. Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində saxlanılan Eldar Bunyatov və Münasib Qənbərov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədi ilə külli miqdarda həşiş qətranını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.
Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, həmin iranlı Astara rayonunun Pəlikəş kəndi yaxınlığında narkotik vasitəni Eldar Bunyatova təhvil verib. Bundan sonra Eldar Bunyatov və Münasib Qənbərov içərisində narkotik vasitə olan 2 ədəd bağlamanı yaşadıqları ərazinin yaxılığındakı meşə zolağında gizlədiblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Bunyatov və Münasib Qənbərov yaxalanıb, baxış zamanı sonuncunun Astara rayonunun Şümrüd kəndi yaxınlığında narkotik vasitəni gizlətdiyi yerdən qrupa məxsus içərisində 11 kiloqram 794.9 qram həşiş qətranı olan 2 ədəd bağlama aşkar edilərək götürülüb.
Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Nağıyev Hafis Böyükxan oğlu və Nəsirov Cavid Məmməd oğlu saxlanılıb, onlardan 1 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb. Məlum olub ki, Cavid Nəsirovun sifarişi ilə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı əvvəlcədən əldə olunmuş razılığa əsasən, həmin narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə keçirərək Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında torpağa basdırıb və bu barədə Cavid Nəsirovu məlumatlandırıb. Bundan sonra Cavid Nəsirovun tapşırığına əsasən, Hafis Nağıyev Cəlilabad rayonuna gəlmiş və Cəfərli kəndinə gedərək gizlədilmiş narkotik vasitəni götürüb taksi ilə Bakı şəhərinə qayıtıb. Gecə təxminən saat 00:20 radələrində Hafis Nağıyev Lökbatan dairəsində Cavid Nəsirovla görüşərək gətirdiyi narkotik vasitəni ona təhvil verərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıblar.
Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Mirzəyev Vəkil Zeynal oğlu və Bayramov Zaur Nux oğlu saxlanılmış, onlardan 1 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Mirzəyev Vəkil və Zaur Bayramov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətiriblər.

Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Ələkbərov Maarif Famil oğlu, Əhmədov Pərviz İbrahim oğlu və Suleymanov Eldar Mədət oğlu yaxalanıb, keçirilmiş baxış nəticəsində onlardan 881,1 qram heroin aşkarlanaraq götürülüb. Məlum olub ki, Maarif Ələkbərov, Pərviz Əhmədov və Eldar Suleymanov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətiriblər.
Digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşgul olan Azərbaycan Respublikasının vətəndaşları – Qasımov Oruc Vəliağa oğlu, Abduləliyev Arif Məhər oğlu, Həsənov Zaman İman oğlu, Hüseynov Hüseynağa Abbasqulu oğlu və Əliyeva Firəngiz Məmmədağa qızı saxlanılmış, onların üzərindən 572 qram heroin aşkar edilərək götürülmüşdür. Müəyyən edilmişdir ki, Oruc Qasımov, Arif Abduləliyev, Zaman Həsənov, Hüseynağa Hüseynov və Firəngiz Əliyeva, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətiriblər.
Sentyabrın 3-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Xəyam Xanlar oğlu və Qorçuzadə Məhəmməd İsrayıl oğlu Gəncə şəhərində saxlanılıblar. Keçirilmiş baxış zamanı Xəyam Hüseynovun evindən 1 ədəd «Makarov» tipli tapança və həmin tapança üçün 7 ədəd güllə aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, Məhəmməd Qorçuzadə Gəncə şəhərinə gələrək burada Xəyam Hüseynovla görüşmüş və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan qardaşı Qorçuzadə İbrahim İsrail oğluna qaçaq yolla çatdırmaq üçün, sonuncunun tapşırığına əsasən həmin silah-sursatı “Azərbaycan-Rusiya” marşrutu üzrə avtobus sürücüsü işləyən Xəyyam Hüseynova təhvil verib.
Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi