Müasir Musavat Milli Məclisə müraciət edəcək

muasir-musavat-milli-meclise-muraciet-edecek
Oxunma sayı: 627

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, toplantıda partiyanın Bakı səhər təskilat sədrləri və partiya fəalları da iştirak ediblər. İclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub.

Toplantıda qərarların icrası haqda məsələ müzakirəyə cıxarılarkən, öncə təşkilat məsələləri üzrə sədr müavininin hesabat xarakterli çıxışı dinlənilib. Bundan sonra müzakiələrə başlanılıb. Verilən qərarların icrsında xüsusi fəallıq göstərən partiya fəallarına təşəkkür edən MMP sədri Hafiz Haciyev bundan sonra siyasi hadisələrin daha da sürətləndiyini,bunun üçün İdarə Heyətində qəbul edilən yeni qərarların icrası üçün partiya fəallarına və xüsusən də gənclərə müraciət edib. Həmçinin toplantıda partiyanın bundan sonrakı siyasi fəaliyyətini müəyyənləşdirən müvafiq sənəd qəbul edilib.

Daha sonra yığıncaqda son günün ən aktual məsələsi sayılan “Siyasi Partiyalar haqqında” Qanuna hakimiyyət tərəfindən təklif edilmiş əlavə və düzəlişləri müzakirə edilib və bu məsələnin təklif olunan kriteriyalarla qəbul edilməsi mümkünsüz hesab edilib. MMP İdarə Heyəti bu qanunla bağlı Milli Məclisə müraciət göndərmək üçün yekun qərar qəbul edib.

Sonda gündəlikdə duran digər məsələlərə baxılıb