Mübarəkin hökmündən sonra Misir yenidən qarışdı-Video

mubarekin-hokmunden-sonra-misir-yeniden-qarisdi-video
Oxunma sayı: 659

İslamazeri.az-ın ərəb mənbələrinə istinadən verdiyi xəbərə görə, «Təhrir» meydanında toplanan 20 min insan məhkəmə, ordu və Əhməd Şəfiq əleyhinə şüarlar səsləndirib.

“Təhrir” meydanındakı etiraz nümayişlərinə, Müsəlman Qardaşlar, liberal və solçular, 6 Aprel Gənclik Hərəkatı, Kifaye Hərəkatı, Sələfilər, Camaatı İslamiyye, Nur Partiyası, Kərəmə Partiyası və müxtəlif siyasi qruplar qatılıb.

Etirazçılar əllərində "İnqilab davam edir", "Qisas istəyirik", "Mübarək yenidən mühakimə olunsun" yazılmış pankartlar tutublar.

Nümayişdə həmçinin “Təhrir” meydanında çərşənbə axşamı günü təşkil ediləcək "Milyonluq nümayiş" üçün çağırış edilib.