Mübariz Əhmədoğlu KXCP-nin qurultayındakı qarşıdurmadan danışdı

mubariz-ehmedoglu-kxcp-nin-qurultayindaki-qarsidurmadan-danisdi
Oxunma sayı: 662

Qalmaqalla bağlı Qafqazinfoya danışan M. Əhmədoğlu bildirib ki, onu qurultayda partiya rəhbərliyi yüksək səviyyədə qarşılayıb: “Mirmahmud ağa və Bəybala bəy özləri rəsmi qəbullarda olduğu kimi qonaqları qarşılayıblar. Biz Pənah Hüseynlə yanaşı oturub, ictimai-siyasi hadisələri müzakirə etmişik. Mənə çıxış üçün söz veriləndə təbrik etdim, sonra isə qeyd etdim ki, Azərbaycan dövlətçiliyinə xidmət edən müxalifətçilik yaradılmalıdır. Müxalifətdəki proseslərdən danışdım, keçirilən mitinqləri kəskin tənqid etdim. Bu zaman Pənah Hüseyn qalxdı və dedi ki, Azərbaycandakı problemləri həll etmək üçün hökmən hakimiyyət dəyişməlidir. Mən ona cavab verdim ki, biz bu hərəkata qoşulanda Qarabağ məsələsi qalxmışdı, ora çox insan qoşulmuşdu Vəzirov, Yaqub Məmmədov, İsa Qəmbər... Bilmirəm necə oldusa Elçibəyin adını çəkmədim və dedim ki, ümummilli liderimiz Heydər Əliyev... Dərhal yerdən mənə dedilər ki, “Elçibəy”. Dedim “bəli, Elçibəy”. Sonra dedilər ki, “ümummilli lider Elçibəy”. Dedim ki, “yox Ümummilli lider Heydər Əliyevdir”. Bundan sonra zaldan “ümummilli lider Elçibəy” sədaları qalxdı mən zalı sakitləşdirib, sözümü bitirib tribunadan düşdüm”.

M. Əhmədoğlu deyir ki, qurultay zalını da birinci tərk edən o olmayıb: “Zalı birinci tərk edən İsa Qəmbər, Sabir Rüstəmxanlı və digərləri oldu. Mən çıxışı bitirib yerimdə əyləşəndə telefonuma zəngj gəldi, ona görə də bayıra çıxdım. Danışandan sonra yenidən zala qayıtdım. Yəni qurultayı tərk edib getmədim. Sonra da qurultayı çox normal tərk etmişəm, heç Kim mənə güldən ağır söz deməyib. Mən çölə çıxanda Yaşar Türkazər və Elman Türkoğlu da mənim çıxışıma etiraz etdilər. Onlara da dedim ki, Elçibəyin öz yeri var, Heydər Əliyevin öz yeri. Mən elə yerə gedərəmmi ki, məni oradan qovsunlar?! Hər şey normal idi, yalnız Pənahın o qızışdırıcı ideyası olmasaydı, hər şey çox normal da bitərdi. Bu reaksiyaya münasibətim normaldır. Onların ümummilli lideri Elçibəydir. Elçibəy Azərbaycanın dünyagörüşünün formalaşmasında böyük rolu olan ziyalılarımızdan biridir. Onun tarixdəki rolunu unutmaq olmaz. Amma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir”.

Fatimə Kərimli