Müdafiə naziri hərbi məktəbin müdavimlərinə müraciət etdi

<b>Müdafiə naziri hərbi məktəbin müdavimlərinə müraciət etdi</b>
Oxunma sayı: 152





“Siz torpaqlarımızı düşməndən azad etmək üçün döyüşlərə atılmağa hazır olmalısınız. Unutmayın ki, vətən sizin hər birinizdən mərdlik, mətanət gözləyir”. Bunu bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantlarının 11-ci buraxılışında müdafiə naziri Səfər Əbiyev müdavimlərə müraciətində deyib.

Nazir tədrisdə və intizamda fərqlənən 5 gənc zabitə diplomu şəxsən təqim edib. Müdavimlər yaş kötüyünə 2011-ci il məzunlarının adlarını həkk ediblər.

Daha sonra hərbi məktəbi bitirən məzunlar hələ təhsil alan kursantlara bayrağı təhvil veriblər. Kursantlar Heydər Əliyev adına Ali Hərbi Məktəbin marşının sədaları altında tribuna qarşısında keçid ediblər. Hərbi məktəbi bitirən builki məzunlar orduda, dəniz və hərbi hava qüvvələrində xidmət edəcəklər.

Leytenant Elvin Məmədzadə torpaqları işğal altından xilas etmək üçün əllərindən gələni etməyə, verilən tapşırığın öhdəsindən gəlməyə çalışacaqlarını deyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi