Müdafiə naziri istefa verəcək

mudafie-naziri-istefa-verecek
Oxunma sayı: 631

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmurlarından birinin mətbuata gizli şəkildə ötürdüyü xəbərdə müdafiə nazirinin artıq belə bir məsuliyyətli vəzifə tutmaq istəmədiyini və onun yenidən bu posta təyin edilməməsi ilə bağlı şəxsən ölkə başçısına müraciət etdiyini açıqlayıb. Mənbənin sözlərinə görə, Serdyukov bütün bu hərbi “eyş işrətdən”, sonsuz islahatlardan, şəxsi heyətin hörmətsizliklərindən yorulub və daha sakit yerə keçirilməsini xahiş edib. Mənbə onu da qeyd edib ki, Rusiya ordusuna yeni imic qazandırdığı üçün Serdyukov Medvedev və Putinin nəzərində xüsusi nüfuza malikdir.

Ekspertlərin rəyinə görə, nazir artıq istefaya hazırlaşır və öz komandasını da buraxıb.

Səidə