Müdafiə naziri video yayılan hərbi hissə haqqında göstəriş verdi

mudafie-naziri-video-yayilan-herbi-hisse-haqqinda-gosteris-verdi-
Oxunma sayı: 711

O, Müdafiə Nazirliyi tərəfindən xüsusi nümayəndələrin hərbi hissəyə göndərildiyini bildirib. E. Sabiroğlu məsələ ilə əlaqədar cavabdeh şəxslərin işdən azad olunacağı ilə bağlı suala “araşdırma tam yekunlaşdıqdan sonra fikir bildirmək mümkündür”-cavabını verib.

“Qafqazinfo”ya daxil olan məlumatlara görə, hazırda həmin hadisənin baş verdiyi hərbi hissədə xüsusi rejim tətbiq olunub. Müdafiə Nazirliyinin 15-dək xüsusi avtomobili hissəyə gəlib. Hərbçilərin ciddi şəkildə sorğu-sual edildiyi, maaş kartları alınan zabitlərin dindirildiyi bildirilir. Onların maaş kartları özlərinə qaytarılıb. Baş vermiş hadisə ilə bağlı sözügedən hərbi hissənin komandirinin həbs olunacağı gözlənilir.

Əlavə məlumatları təqdim edəcəyik.


Oxucular həmin videoya bu linkdən baxa bilər. http://qafqazinfo.az/-1712-xeber.html





Nərgiz Ehlamqızı