Müdafiə nazirinə sui-qəsdin qarşısı alındı

mudafie-nazirine-sui-qesdin-qarsisi-alindi-
Oxunma sayı: 640

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, İsrail xüsusi xidmət orqanları Sinqapurdan olan həmkarlarının yardımı ilə sui-qəsdə mane ola biliblər. Nazirin ölümü bir müddət əvvəl beynəlxalq aviaşounu izləmək üçün gəldiyi Sinqapurda baş tutmalı idi.

Nazirin bu ölkəyə səfərindən əvvəl İsrail xüsusi xidmət orqanları Sinqapur hökumətinə iranlı və livanlılardan ibarət cinayətkar qrupla bağlı tam məxfi məlumatlar verib. Uğurlu həyata keçirilən əməliyyat nəticəsində 3 şübhəli şəxs saxlanılıb. Hazırda Mossad onların dindirilməsində fəal iştirak edir. Şübhəli qismində saxlanılan şəxslər Barakı izləyərək onu qalacağı oteldə qətlə yetirməyi planlaşdırıblar.

Qeyd edək ki, Exud Baraka qarşı sui-qəsd planı dünyanın müxtəlif yerlərində qətlə yetirilən israillilərlə bağlı yayılan beynəlxalq qalmaqalların fonunda ortaya çıxıb. İsrail, xüsusilə də Gürcüstan, Hindistan, Azərbaycan və Tailandda ölkəsinin vətəndaşlarına qarşı İranı sui-qəsdlər hazırlamaqda günahlandırır.

Səidə