Müdafiə Nazirliyi bütün hərbi strukturlarda yoxlamalara başladı

mudafie-nazirliyi-butun-herbi-strukturlarda-yoxlamalara-basladi
Oxunma sayı: 641

Azərbaycan müdafiə naziri Səfər Əbiyevin əmrinə əsasən, bu gündən birlik, hərbi birləşmə, hərbi hissələr, o cümlədən hərbi təhsil müəssisələrində yoxlamalara başlanılır. Bu barədə ANS-ə məlumat verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin sözlərinə görə, bu hər ilin sonunda keçirilən planlaşdırılmış yoxlamadır.

T. Abdullayev bildirib ki, bu yoxlamalar mütəmadi olaraq aparılır: “Bu yoxlamalarda da məqsəd yerlərdə, hərbi hissələrdə işlərə kömək etmək və mövcud olan bəzi nöqsanların aradan qaldırılmasına yardımçı olmaqdır. Eyni zamanda işin təsisinin daha təkmiləşdirilməsi məqsədi daşıyır”.