“Müəllimlərin hamısını çölə tökə bilmərik”

muellimlerin-hamisini-cole-toke-bilmerik
Oxunma sayı: 690

“Azərbaycanın orta məktəblərində lisenziyasız ali məktəblərin diplomu əsasında işləyən müəllimlərin əmək fəaliyyətinin davam etdirilməsi ilə bağlı fərdi yanaşma əsasında qərar qəbul ediləcək”. “Qafqazinfo”nun məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, hazırda nazirlik tərəfindən orta məktəblərdə saxta diplomla işləyən müəllimlərin aşkar olunması üçün araşdırmalar davam etdirilir: “Biz 15 il işləyən müəllimlərin hamısını çölə tökə bilmərik. Onlarla bağlı fərdi yanaşma əsasında qərar qəbul ediləcək”.

M. Mərdanov saxta diplomla işləyən müəllimlərlə bağlı mətbuatda yanlış informasiyaların getdiyini də deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hər hansı ali məktəbin verdiyi saxta diplomdan söhbət getmir: “Söhbət ondan gedir ki, müəyyən işbaz adamlar kabinetdə oturub diplom çap edib, müəyyən adamlara satıblar. Biz bu istiqamətdə çox ciddi addımlar atırıq və atacağıq”.