“Müfəttişlərin ixtiyarı yoxdur”

mufettislerin-ixtiyari-yoxdur
Oxunma sayı: 646

Bu barədə nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə müsahibəsində deyib. Nazir belə halların əvvəllər olduğunu, lakin indi tamamilə aradan qaldırıldığını vurğulayıb: “Müfəttişlərin maşınların nömrəsini açmağa, sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur. Onlar sənədləri yalnız yoxlaya bilərlər. Yük və sərnişin daşıyan sürücülərin borcudur ki, müfəttiş sənədi baxmaq üçün istədikdə təqdim etsinlər”.

Z. Məmmədov bu məsələdə qanunsuz fəaliyyətlə məşğul olanların günahkar olduğunu və belə hallarla hüquqi çərçivədə mübarizə aparılacağını bildirib.

Azərtac