Müğənni dini nikah bağladığı üçün həbs oluna bilər

mugenni-dini-nikah-bagladigi-ucun-hebs-oluna-biler
Oxunma sayı: 643

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Demet Akalının dini nikah bağladığı üçün həbs oluna bilər.

Türkiyə qanunlarına görə, rəsmi nikah olmadan dini nikah bağlamaq cinayət sayılır. Bu əmələ görə müğənnini 2 aydan 6 aya qədər həbs cəzası gözləyir.

“Sabah” qəzetində yer alan xəbərə görə, Demet Akalını həbsdən rəsmi nikah xilas edə bilər.