Müğənni Vüsal Əliyev azad olundu

mugenni-vusal-eliyev-azad-olundu
Oxunma sayı: 1731

Xətai Rayon Polis İdarəsindən Mili.Az-a verilən məlumata görə, bir neçə gün əvvəl idarə əməkdaşları tərəfindən həbs edilmiş müğənni Vüsal Əliyev sərbəst buraxılıb. Xətai Rayon Məhkəməsi müğənni barəsində həbssiz qətimkan tədbiri seçib. Onun himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınıb.

Qeyd edək ki, V.Əliyev Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Bir müddət Moskvada yaşayan müğənni Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.