Müğənnidən “Eurovision”da qalib gəlməməyi tələb etdilər

mugenniden-eurovisionda-qalib-gelmemeyi-teleb-etdiler
Oxunma sayı: 632

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, Pastora Soler İspaniyada bir radioyaya verdiyi açıqlamada ölkəsindəki iqtisadi böhranın gündəlik həyata necə təsir etdiyindən danışıb. İspaniyalı müğənni,”TVE məndən “Eurovision-2012”də qalib gəlməməyimi istədi, çünki gələn il fesivalı təşkil edəcək maliyyəsi yoxdur”, deyib.

İspanya Dövlər Radio və Televiziya Qurumu (RTVE) rəsmilərinin müğənni ilə danışıqlarında “Lütfən qazanma. Əvvəlcə böhrandan, bu çətin vəziyyətdən çıxmağımız lazımdır”, dediklərini söyləyən Soler, iqtisadi çətinliklərə görə səhnədəki şousunu ixtisar edib.

Soler “Eurovision-2012” müsabiqsəində qalib gəlməyin çətin olmağından danışıb. Builki müsabiqənin favoritləri arasında Rusiya və İsveç təmsilçilərinin adını çəkib.