Müğənnini sevgilisi ilə döydülər

mugennini-sevgilisi-ile-doyduler
Oxunma sayı: 644

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, qaldıqları “Roosevelt” otelinin qarşısında beş nəfər tərəfindən döyülən Avril Lavigne və sevgilisi xəstəxanaya aparılıb.
Müğənninin gözünün göyərdiyi, üzündə və bədənində çoxlu sayda kəsik və zədələr aşkar olunduğu xəbər verilir. Məşhur müğənni “Twitter”dən pərəstişkarlarına göndərdiyi mesajda zorakılığa inanmadığını, zorakılığın heç nəyi həll edə bilməyəcəyini yazıb.
Polis müğənniyə hücum edənlərin hələ də tapılmadığını açıqlayıb.